26.9 C
Gence
22.5 C
Ganja

41 yaşlı kişini tanışı bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 20 iyul tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə kafelərin birində qeydə alınıb. 41 yaşlı İlkin Mirzəyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, bud nahiyəsindən yaralanıb. Kişinin vəziyyətinin kafi olduğu bildirilir.

Mirzəyev bildirib ki, o, tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.