Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb. Bu haqda 24 iyul tarixində Report-a istinadən xəbər veririk.
40 yaşlı şəhər sakini Qadir Vaqif oğlu Qurbanov həyat yoldaşı Günay Babayeva ilə mübahisə edib. Ailə münaqişəsi zamanı o, həyat yoldaşına bıçaq xəsarəti yetirib.
Yaralanmış Günay Babayeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.