40 yaşlı qadın intihar edib. Bu haqda məlumatı avqustun 8-i Apa-ya istinadən veririk.
Hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. 40 yaşlı Kəmalə Əliyeva yaşadığı evdə “siçan dərmanı” içib.
Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Mərhumun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.