17.5 C
Gence
17.5 C
Gence

40 manat borca görə dostuna söydü, 150 manat cərimə olundu

Gəncədə Şəmkir sakini polis tərəfindən cərimələnib. Bu haqda 23 may tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Hadisə 25 nömrəli məktəbin qarşısında qeydə alınıb. 23 yaşlı Şəmkir rayon sakini Fuad Cəlilov (şərti) dostuna zəng edərək ona söyüşlər söyüb. Gənc dostunun ona olan 40 manat borcunu qaytarmasını tələb edib.

Bu vaxt ərazidə xidmət aparan polis əməkdaşları Cəlilova yaxınlaşaraq onu intizama dəvət etsələr də, gənc ifadələrini davam etdirib. Bundan sonra polis əməkdaşları onu məcburi şəkildə polis bölməsinə aparıblar.

Fuad barəsində İnzibati Xətalar Məcəlləsinin iki maddəsi ilə protokol tərtib edilib. Məhkəmə onun şəxsiyyətini, əməlini səmimi etiraf edərək, peşmanlıq keçirməsini nəzərə alaraq, cərimə növündə tənbeh təyin edib. Gənc 150 manat məbləğində cərimə olunub.

Ən Çox Oxunan