Gəncədə cinayət hadisəsi baş verib. Bu haqda 18 mart tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin “Yeni Avtovağzal” adlanan ərazisində qeydə alınıb. 39 yaşlı Pərviz Mürsəlov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata əsasən, o, tanışı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.