Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 30 oktyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 37 yaşlı Alim Qurbanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.O, dərhal əməliyyat olunub. Zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir.
İlkin ehtimala əsasən, Qurbanov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.