16.9 C
Gence
16.9 C
Gence

30 şəhid ailəsi və qaziyə mənzil bağışlanıb

Gəncədə şəhid ailələri və qazilərə mənzil verilib. Bu haqda 19 noyabr tarixində Report-a istinadən məlumat veririk.

Təşəbbüs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilib. Adıçəkilən şəxslərə Gəncə yaşayış kompleksində 30 tam təmirli mənzil bağışlanıb. Sənədlərin təqdim edilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və icra başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

Həmçinin bildirilib ki, cari il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və bunun da 1100-ə yaxını təqdim olunub.

Ən Çox Oxunan