Gəncədə 3 minə yaxın balaca məktəbə hazırlığa başlayıb. Bu haqda sentyabrın 3-ü Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Məktəbəhazırlıq qruplarında təhsilə start verilib. Gəncə şəhəri üzrə 2896 uşaq tədrisə cəlb olunub. Ümumi olaraq isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan müəssisələrdə 5571 nəfər uşaq bu cür qruplarda oxuyacaq.
Əlavə olaraq bildirilib ki, Daşkəsən rayonu üzrə 128, Goranboy-Naftalan rayonları üzrə 1274, Göygöl rayonu üzrə 672, Samux rayonu üzrə isə 601 nəfər məktəbəhazırlıq qruplarında tədrisə başlayıb.