16.4 C
Gence
16.4 C
Gence

28 nəfəri mühasirədən çıxaran Milli Qəhrəmanın doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İqor Makeyevin doğum günüdür. Bu haqda Gencexeber 27 oktyabr tarixində məlumat verir.

İqor Vladimiroviç Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. O, 1979-cu ildə 39 nömrəli məktəbə gedib. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edib və burada çavuş məktəbində təhsil alıb.

Azərbaycanda baş verən hadisələr zamanı İqor təhsilini yarımçıq qoyaraq Gəncəyə qayıdıb. Anası onun gəlişinə etiraz edəndə o deyib: “Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim Vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad Vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə, onun yolunda canımı da fəda edərəm!” İqor Makeyev belə də edib. O, evdən xəbərsiz Bakıya gəlib. Daxili İşlər Nazirliyinin qoşunlarından birinə yazılıb və bununla da onun cəbhə həyatı başlayıb.

İgor Naxçıvanlı kəndində, Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. Onun son döyüşü 2 avqust 1992-ci ildə olub. “Vışka” yüksəkliyi uğrunda gedən döyüşdə ön cərgədə olub. İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradıb, özü isə igidcəsinə həlak olub. O, Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

İqor Makeyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Ən Çox Oxunan