Gənc oğlan həyatına son qoyub. Bu haqda sentyabrın 5-i Apa-ya istinadən məlumat veririk.
Hadisə Gəncədə baş verib. 26 yaşlı Goranboy sakini Elsəvər Şükürov qohumlarının evində özünü asıb.
Şükürovun nəşi yaxınları tərəfindən evin eyvanında asılmış vəziyyətdə tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, E.Şükürov Ruhi Əsəb Dispanserində qeydiyyatda olub. Faktla bağlı araşdırma aparılır.