Gəncədə gənc oğlan özünə xəsarətlər yetirib. Bu haqda 28 sentyabr tarixində Oxu.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin mərkəzində qeydə alınıb. Göygöl rayon sakini, 25 yaşlı Eşqin Bayramov bədəninin müxtəlif hissələrinin kəsilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Gəncin yaraları tikilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.