13.6 C
Gence
13.5 C
Ganja

25 nəfər qanunsuz saxladığı silahları təhvil verib

Gəncədə polis əməkdaşları silahlar təhvil alıblar. Bu haqda noyabrın 7-də Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.

Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər. Bundan başqa, vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq bildirilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması məsuliyyət yaratsa da, könüllü təqdim etmə şəxsi məsuliyyətdən azad edir.

Müvafiq tədbirlər nəticəsində 25 nəfər şəhər sakini sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını polisə könülllü təhvil verib. Hər bir vətəndaşla fərdi söhbət aparılıb.

Təhvil verilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı araşdırmalar aparılır.

Ən Çox Oxunan