16.9 C
Gence
12.5 C
Ganja

24 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Gəncəli şəxs qətlə yetirilib. Bu haqda 15 noyabr tarixində Baş Prokurorluğa istinadən məlumat veririk.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. 24 yaşlı İzmir Savadov və 28 yaşlı Həsənağa Əliyevin avtomobilləri üz-üzə gəlib. Lakin heç biri yol verməyib. Gənclər arasında mübahisə yaranıb. Daha sonra sonuncu maşından düşərək İzmirə bıçaqla xəsarətlər yetirib.

Nəticədə Savadov dünyasını dəyişib. Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, qətlə yetirilən İzmir gəncəlidir. Aldığımız məlumata əsasən, o, ötən gün dəfn olunub.

Ən Çox Oxunan