18.6 C
Gence
18.6 C
Gence

2294 şagird imtahan verib

Gəncədə buraxılış imtahanı keçirilib. Bu haqda 17 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Dövlət imtahan Mərkəzi tərəfindən şəhərimizdə ikinci zona üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları təşkil edilib. Prosesə 191 nəzarətçi müəllim, 9 ümumi rəhbər və 24 imtahan rəhbəri cəlb olunub.

Ümumilikdə imtahanda 2294 şagird iştirak edib. Şagirdlərə 3 saat ərzində riyaziyyatdan 25, ana dilindən 30, xarici dildən 30 test sualı, eləcə də dinləmə mətni verilib. İmtahan nəticələrinin 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Ən Çox Oxunan