20.8 C
Gence
20.8 C
Gence

22 yaşlı gənc ADAU-da rəhbər təyin olunub

Gəncədə universitetlərin birində yeni təyinat var. Bu haqda 4 aprel tarixində ADAU-nun İnnovasiyalar Mərkəzinə istinadən məlumat veririk.

ADAU-da mərkəzlərin birinə yeni rəhbər təyin edilib. Elvin Rafael oğlu Ağayev 2023-cü ildə “Gələcək Naminə” İctimai Birliyinin nəzdində İnnovasiya Mərkəzinin rəhbəri seçilib.

Elvin Ağayev 2001-ci ildə Samux rayonunun Ağasıbəyli kəndində dünyaya gəlib. Bundan əvvəl bir çox ictimai birliklərin koordinatoru və startap təsisçisi olub, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Startap School”unu fərqlənmə ilə bitirib, UNDP və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatcılığı ilə həyata keçirilən “İdeathon Lənkəran”ın qalibi seçilib.

2018-ci ildə İnnovasiya Mərkəzinin qurulmasında və fəaliyyətinin təmin olunmasında bir çox addımlar atıb və təkliflər irəli sürüb. 2019-2022-ci illər ərzində mərkəzin koordinatoru vəzifəsini yerinə yetirib.

 

Ən Çox Oxunan