5.8 C
Gence
5.8 C
Gence

22 il öncə törədilən cinayətin üstü açılıb

Gəncədə illər öncə törədilmiş cinayətin üstü açılıb. Bu haqda 16 avqust tarixində Report-a istinadən məlumat veririk.

2000-ci ilin fevral ayında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədilə daxil olaraq xüsusi amansızlıqla ev sahibini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində məlub olub ki, keçmiş məhkum Elsevər Məmmədov hadisəni vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birgə törədib.

Dindirilmə zamanı o, qətlə yetirilən şəxsin evində 30,000 dolların olması barədə məlumat əldə ediklərini, cinayəti törətdikdən sonra isə evdən cəmi 220 dollar və bir qızıl üzük aparmalarını etiraf edib.

Report.az-dan foto
Report.az-dan foto

 

Ən Çox Oxunan