14.1 C
Gence
11.5 C
Ganja

2119 nəfər tələbənin təhsil haqqı qaytarılıb

Gəncədə tələbələrin təhsil haqları qaytarılıb. Bu haqda 2 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə görə, bir sıra dövlət sifarişli yerlər boş qalıb. Bundan sonra müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən, əlavə müsabiqə keçirilib.

Nəticələrə əsasən, Azərbaycan Texnologiya Universitetindən 58, Azərbaycan Dövlər Aqrar Universitetindən 32, Gəncə Dövlət Universitetindən isə 26 tələbə bu fürsətdən yararlananlar sırasındadır. Ümumilikdə isə ölkə üzrə təhsil haqqı qaytarılan tələbələrin sayı 2119 nəfərdir.

Bu haqqı qazanan gənclərdən biri də ATU-nun Ekologiya ixtisasının tələbəsi Kəmalə Əliyevadır. O bildirib ki, təhsil haqqını ödəmək üçün hətta universitetdən möhlət hüququ da almışdı. Amma yeni qərardan sonra dövlət sifarişi əsasında təhsilini davam etdirəcək.

Ən Çox Oxunan