20.3 C
Gence
15.5 C
Ganja

21 yaşlı gənc bıçaqlanıb

Gəncədə gənc oğlan bıçaqlanıb. Bu haqda 7 iyul tarixində Report-a istinadən məlumat veririk.

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Kafelərdən birinin önündə mübahisə baş verib. Nəticədə 21 yaşlı İlkin Həsənov bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Gəncin vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, İlkin Həsənov bir neçə şəxs tərəfindən döyülüb sonra isə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.