5.8 C
Gence
5.8 C
Gence

20 yaşlı gəncin əlində partlayıcı qurğu partlayıb

Gəncədə bədbəxt hadisə baş verib. Bu haqda 27 aprel tarixində Report-a istinadən məlumat veririk.

Hadisə “Tekstilni” adlanan ərazidə qeydə alınıb. 20 yaşlı M.Cəfərli çalışdığı binanın damında partlayıcı qurğu tapıb. Həmin vaxt partlayış baş verib. Gənc xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal olunur.

Qeyd edək ki, M.Cəfərli həmin binada fəhlə kimi işləyirdi.

Ən Çox Oxunan