Petisiyanı artıq 20.000 nəfər imzalayıb.
Fransa Senatının altı üzvü tərəfindən baxılması noyabrın 15-nə planlaşdırılan qətnamə layihəsi irəli sürülüb. Bu sənəddə ölkəmizə qarşı ittihamlar, Fransa hökumətinə və digər Avropa ölkələrinə “Azərbaycandan qaz və neft idxalına embarqo” qoyulmasına dair çağırışlar əks olunub.
Qətnamə layihəsinin qəbuluna qarşı çıxmaq üçün Gəncə sakini Kubra xanım Ələkbərova və Azərbaycanın müxtəlif bölgələrində yaşayan digər 9 nəfər tərəfindən Fransanın Mesopinions.com petisiya saytında həmin ölkənin Senatına və vətəndaşlarına müraciət yerləşdirilib.
Həmin təşəbbüsü artıq 20 min nəfər dəstəkləyib. Bu münasibətlə petisiyanın təşəbbüskarı olan Kubra xanımdan prosesin gedişatı ilə bağlı fikirlərini öyrəndik. Müsahibə ilə tanış olmaq üçün Gencexeber.az-ı izləməkdə davam edin.
Hər kəsi həmrəy olmağa dəvət edirik. Petisiyanın daha çox insan tərəfindən görülməsi və imzalanması üçün dəstək göstərək və paylaşaq.
Petisiyanın imzalanması qaydası
Səsimizi Avropada eşitdirmək üçün daha çox dəstəyə ehtiyacımız var. Biz birlikdə güclüyük!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq