Gəncədə gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. Bu haqda 6 avqust tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Yusif Məmmədəliyev küçəsində baş verib. 18 yaşlı Qəzənfər Hüseynovu yaşadığı evdə elektrik cərəyanı vurub. Gənc hadisə yerində dünyasını dəyişib.
İlkin məlumata əsasən, hadisə Hüseynovun nasosla həyətyanı sahəni suvarmaq istəyən zaman olub. O, ehtiyatsızlıqdan naqillərə toxunub.
Gəncin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.