Gəncədə bir nəfər zəhərlənib. Bu haqda 10 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə 1-ci mikrorayon, bina 6A, mənzil 7 ünvanında baş verib. 18 yaşlı Aysun Xudaverdizadə yaşadığı evdə zəhərlənib.
Gənc qız xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, Aysun yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.