Gəncə voleybol klubuna yeni baş məşqçi təyin olunub. Bu haqda 16 noyabr tarixində kluba istinadən xəbər veririk.
Aşağı yaş qruplarından ibarət voleybol komandamızı Mətanət Lətifova çalışdıracaq. O, Gəncə voleybol məktəbinin yetirməsidir. Məşqçi 2005-ci ildən voleybolla məşğul olur. Mütəxəssis milli komandamızda, “Rabitə”, “Telekom”, “Azəri”, “Caspian”, “Gəncə” və digər klublarda çıxış edib.
Mətanət Lətifovanın köməkçisi vəzifəsinə argentinalı mütəxəssis İqnasio Aqustin İbarra təyin olunub. O həm də əsas komandada köməkçi-məşqçi kimi fəaliyyət göstərir. İqnasio Aqustin İbarra son dəfə Argentinanın “Sirkulo La-Plata” klubunda çalışıb.