20.8 C
Gence
20.8 C
Gence

1700 türk vətəndaşı Gəncədə seçkilərə görə səs verəcək

Gəncədə Türkiyənin seçkilərində səs verəcək şəxslərin sayı açıqlanıb. Bu haqda 3 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

14 may tarixində qardaş ölkədə prezident və parlament seçkiləri baş tutacaq. Burada səs vermək istəyən türk vətəndaşları Baş konsulluğa gələrək qeydiyyatdan keçiblər. Həmin türk vətəndaşlarının sayı 1700 nəfərə yaxındır.

Onlar 5, 6 və 7 may tarixlərində vətənlərinə getmədən Azərbaycanda səslərini istədikləri namizədə verə biləcəklər. Qeyd olunub ki, seçicilərin böyük qismi tikinti şirkətlərində işləyənlər və tələbələrdir.

Ən Çox Oxunan