19.7 C
Gence
18.5 C
Ganja

12 mart buraxılış imtahanı verəcək şagirdlərin nəzərinə

Gəncədə attestat imtahanı verəcək şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər. Bu haqda 4 mart tarixində DİM-ə istinadən məlumat veririk.

Məlumat verdiyimiz kimi, 12 mart 19-44 nömrə arası məktəblərin, idman liseyinin və məcburi köçkün məktəblərinin şagirdləri üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları təşkil olunacaq. Həmin abituriyentlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.