5.8 C
Gence
5.8 C
Gence

12-14 sentyabr tarixində şəhid olan hərbçilərin 40 mərasimləri baş tutub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və bir qrup nümayəndə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat zamanı şəhid olan hərbi qulluqçuların 40 mərasimlərində iştirak ediblər. Bu haqda Gencexeber.az 26 oktyabr tarixində quruma istinadən məlumat verir.

Erkin Hüseynov, Asiman İmamverdiyev və Nihad Verdiyevin 40 mərasimlərinə Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, bələdiyyə sədrləri, İH-nin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları qatılıblar.

Rəsmilər şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, ailələrinə başsağlığı verib, xatirələrini dərin ehtiramla yad ediblər. Din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

 

Ən Çox Oxunan