15.3 C
Gence
15.3 C
Gence

113 şagird Lütfi Zadə məntiq olimpiadasının II turuna vəsiqə qazanıb

Gəncəli şagirdlər məntiq olimpiadasının növbəti mərhələsində iştirak edəcəklər. Bu haqda 16 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Lütfi Zadə adına məntiq olimpiadasının (birinci) şəhər mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Gəncədə təhsil alan 113 nəfər şagird növbəti turda biliklərini sınayacaq.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onları həvəsləndirməkdir.

Ən Çox Oxunan