23 C
Gence
18.5 C
Ganja

11 saylı tam orta məktəb əsaslı təmir olunub

Gəncədə daha bir məktəb təmirdən sonra şagirdlərin üzünə qapılarını açıb. Bu haqda Gencexeber.az-a 15 sentyabr tarixində məlumat daxil olub. 

Söhbət 11 saylı tam orta məktəbdən gedir. Təhsil ocağı əsaslı təmir olunub. Açılış mərasimində Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, şəhər rəhbəri Niyazi Bayramov, regional təhsil şöbəsinin rəhbər şəxsləri və müəllimlər iştirak ediblər. Həsənli bildirib ki, təmirə ehtiyacı olan digər məktəblərdə də işlər görüləcək.

Qeyd edək ki, məktəbdə STEAM sinifləri formalaşdırılıb, həmçinin “Məktəblinin dostu” layihəsi icra olunacaq.