25.8 C
Gence
25.8 C
Gence

100 minə yaxın Axıska türklərin sürgün edilməsindən 77 il ötür

Gəncədə Axıska türklərinin öz ata-baba torpaqlarından sürgün edilməsinin 77-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu haqda Gencexeber.az 15 noyabr tarixində Report.az-a istinadən məlumat verir.

Tədbir Məhsəti Gəncəvi Mərkəzində təşkil olunub. Çıxış edənlər Axıska türklərinin sürgün tarixindən və sonra yaşananlardan danışılıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsində 83, Vətən Müharibəsi dövründə isə 8 Axıska türkünün şəhid olduğu bildirilib.

Görüşdə Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Zəki Öztürk, Azərbaycanda yaşayan Axıska Türkləri “Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov və axıskalı ziyalılar iştirak ediblər.

Qeyd edək ki, 1944-cü il 14 noyabr tarixində Gürcüstanın Mesxetiya regionundan 94 min 955 nəfər Axıska türkü Mərkəzi Asiyaya məcburi şəkildə sürgün edilmişdir. Sürgün zamanı arasında uşaqların, qadın və yaşlıların da olduğu 50 minə qədər insan həyatını itirmişdir.

Ən Çox Oxunan