Gəncə Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir. Bu haqda 2 iyun tarixində Report-a istinadən xəbər veririk.
Məhkəmə prosesi Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə aparılır. Prosesə hakim Dadaş İmanov sədrlik edir.
İclasda İ.Süleymanov son söz deyəcək. Təqsirləndirilən şəxsin son sözündən sonra hökm oxunacağı gözlənilir. Prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəyib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.