21.4 C
Gence
20.5 C
Ganja

1 yaşlı uşaq yuxarı mərtəbədən yıxılıb

Gəncədə azyaşlı pəncərədən yıxılıb. Bu haqda 28 sentyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə 1 yaşlı uşağın yaşadığı evdə baş verib. A.Rzayev nəzarətsiz qaldığı üçün 3-cü mərtəbədən yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilib.

Azyaşlıya bazu sümüyünün sınığı diaqnozu qoyulub. Rzayevin vəziyyətinin kafi olduğu bildirilir.