5.8 C
Gence
5.8 C
Gence

1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva intihara cəhdi ilə bağlı açıqlama verib

Özünü zəhərləyən məktəb direktoru hadisənin səbəbləri barədə açıqlama verib. Bu haqda məlumatı Oxu.az-a istinadən veririk.

1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva dərman içərək intihara cəhd edib. Onun sözlərinə görə, bunu etməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirməsi, hətta şantaj vasitələrinə əl atmasıdır:

“Məni özü çağırmır, amma Təhsil İdarəsinin bəzi əməkdaşlarını yanıma göndərir. İşimdə etmədiyim səhvləri, yol vermədiyim qüsurları üstümə atırlar. Hamısı şər-böhtandır. Məqsəd məni işdən azad etməkdir. Hətta ən xırda məsələni belə məqsədli şəkildə şişirdir, olmazın sözlər deyirlər. Mən bütün bunlara dözə bilmədim. Hətta qeyd etdim ki, iyul ayının 6-sı məzuniyyətə çıxacağam, 7-si isə gəlib ərizəmi yazıb işdən gedəcəyəm. Lakin göndərdiyi adamlar bildirdilər ki, “yox, elə bu dəqiqə ərizəni yazmalısınız”. Yerimə namizəd də tapıblar. Bu, məktəbdə təşkilatçı işləyən, tədris müəssisəsinin keçmiş direktoru Müsəddin Məmmədovun gəlini Nüşabə Məmmədovadır”.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

 

Ən Çox Oxunan