10.3 C
Gence
10.3 C
Gence

Əziz azərbaycanlılar, Həmrəylik Günümüz mübarək!

1980-ci illərin axırlarında SSRİ məkanında gedən proseslər bir çox xalqların, o cümlədən Azərbaycan xalqının həmrəylik hissini gücləndirdi. Bu, Azərbaycanda milli oyanış hərəkatının geniş yayılmasına gətirib çıxardı. 31 dekabr 1989-cu ildə Naxçıvan Muxtar

Respublikasında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə xalqın etirazı başlandı. “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.

Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə Sərəncam verdi.

Ən Çox Oxunan