13 C
Gence
13 C
Gence

Yel çərşənbəniz mübarək olsun!

Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək çərşənbəsi”, “Yelli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi də tanınır.

Əski inanclara görə, bu çərşənbədə oyanan yel və külək bütün dünyanı gəzir, suyu, odu hərəkətə gətirir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir.

Ölkəmizin bir çox bölgələri kimi, Gəncədə də Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunub. Novruza iki həftə qalmış hər kəs öz imkanına görə hazırlıq görərdi. Qapı-baca əhənglə ağardılar, bayır-baca tərtəmiz süpürülər, xalça-palaz çırpılıb təmizlənər, ev-eşik səliqəyə salınardı.

Ən Çox Oxunan