13.6 C
Gence
13.5 C
Ganja

Tarixdə 17 noyabr: Milli Dirçəliş Günü

1992-ci ildən başlayaraq 17 noyabr tarixi Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur.

1988-ci ilin noyabrında minlərlə azərbaycanlı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Qarabağda törətdiyi təxribatlara və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq, Bakının Lenin (indiki Azadlıq) meydanına toplaşıb.

Xalqın bu vəziyyətindən öz xeyrinə istifadə etmək istəyənlər də var idi və onlar vəziyyəti qəsdən gərginləşdirirdi. Noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş verdi. Nəticədə 160 nəfər yaralanmış, 3 əsgər və 1 uşaq həlak olmuşdur. Buna görə Bakı, Gəncə və Naxçıvanda noyabrın 24-də xüsusi vəziyyət və komendant saatı tətbiq edilmişdi.

Dekabrın 4-dən 5-nə keçən gecə SSRİ-nin ağır texnikası Azadlıq meydanına yeridilib. Mitinq dağıdılıb və orada iştirak edənlər həbs olunublar.

Bu hərəkat 1991-ci ildə Azərbaycanın müstəqilliyini qazanmasında mühüm rol oynayıb. 1992-ci ildə hərəkatın başladığı gün – 17 Noyabr Milli Dirçəliş Günü olaraq tarixə yazılıb.

Ən Çox Oxunan