Azərbaycan xalqı neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inamla qeyd edir. Ramazan İslamda ilin ayları arasında ən şəfaqətli və müqəddəs ay hesab edilir. İslamşünasların fikrincə, bu ayın gecələrindən birində müqəddəs kitabımız olan “Qurani-Kərim” nazil olub.
Ramazan ayı insanlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir və bu, oruc tutmaqla ifadə olunur. Orucluq hicrinin ikinci ilində (622-ci il) Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün ramazan ayı təyin olandan öz tarixini başlayır. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Milli Məclisin 1992-ci ilin 27 oktyabrında qəbul etdiyi Qanuna əsasən, Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur.