13 C
Gence
13 C
Gence

Qədimdə Gəncənin ərazisində mövcud olmuş İlan piri

İlan piri Köhnə Gəncənin ərazisində, Comərd Qəssab türbəsindən cənubda, təqribən yarım kilometrlik məsafədə, Gəncəçay sahilində, hal-hazırda isə Samux rayonuna daxil olan ərazidə yerləşirdi. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin sıyahısında pirin yaranma tarixi kimi XVII əsr qeyd olunub.

Bu yer haqqında 1940-cı illərdə arxeoloq İshaq Cəfərzadə məlumat vermişdir. Pirin ərazisində çinar agacı ucalırdı. Yerli əhali bu ağaca “İlan oğlunun çinarı” deyirdi. Ağacın yanında isə bir köhnə, balaca daxma yerləşirdi.  İshaq Cəfərzadənin yazdığına görə, bu çinarın yanında inşa edilən daxmaya, ilan sancmış insanları gətirərdilər. Onlar burada müalicə alardılar. Məhz bu səbəbdən bu yerə “İlan piri” deyilərdi.

Cəfərzadə buranı ziyarətgah adlandıraraq, onun ərazisində ilan kultu olduğunu qeyd edir. İlan pirinin XX əsrə qədər mövcud olması ehtimalı var.

İslamdan əvvəlki dövrlərdə Azərbaycanda türk və qafqaz tayfaları arasında

müxtəlif heyvan, o cümlədən ilanlara ibadət geniş yayılmışdı. Burada heyvan kultunu əks etdirən bir çox təsvirlər və kompozisiyalar var.

Mənbələr:

  1. И. М. Джафарзаде. Историко-археологический очерк Старой Гянджи. Баку-1949.
  2. Əfqan Şəfiyev. Müqəddəs yerlərimiz. 2006.
  3. Фарид Алекперли. Зооморфные мемориальные памятники Азербайджана. Баку-2013.
  4. Elnur İmanov. Azərbaycanın tunc dövrü petroqliflərində zoomorf təsvirlər. Bakı-2016.
  5. http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf

Ən Çox Oxunan