Ümummilli lider Heydər Əliyev 17 iyul 1998-ci il tarixli qərarı ilə hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Bu bayramın qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə bağlıdır. Həmin gün Bakı Dairə Məhkəməsinin və məhkəmənin Prokuror Nəzarətinin fəaliyyəti bərpa edildi.
Bakı Dairə Məhkəməsi və bu orqanın Prokuror Nəzarəti hələ 1867-1868-ci illərdə təsis edilmiş, lakin 1918-ci ilin mayında daşnak Stepan Şaumyanın başçılığı altında olan Bakı Xalq Komissarları Sovetinin dekreti ilə ləğv olunmuşdu.
Müstəqil Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbov olub. Hazırda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevdir.
Mənbələr:
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild. Bakı-2004.
- https://genprosecutor.gov.az/az