24.7 C
Gence
24.7 C
Gence

İlk azərbaycanlı SSRİ qəhrəmanının xatirəsi: İsrafil Məmmədovun ev-muzeyi

İsrafil Məmmədovun ev-muzeyi Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi 42-də yerləşir. Muzey 1985-ci ildə yaradılıb 17 sentyabr 1990-cı ildən isə dövlət muzeyi kimi fəaliyyət göstərir.

Muzey 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və 3 otaqdan ibarətdir. Muzeydəki 4 bölmədə İsrafil Məmmədova aid 600-dən çox eksponat, onun döyüş yolunu və həyatını əks etdirən 161 fotoşəkil, müxtəlif müəlliflər tərəfindən yazılmış kitablar sərgilənir. Burada İsrafil Məmmədovun ov tüfəngi, çantası, xəncəri, çəkmələri, evinə aid əşyaları da var. Həmçinin, Sovet İttifaqı qəhrəmanının anasına, ailəsinə yazdığı məktublar və anasının ona yazdığı məktublar bu muzeydə saxlanılır.

Bəzi mənbələrdə İsrafil Məmmədov 1919-cu ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olduğu və həmin ildə ailəsinin Gəncəyə köçdüyü qeyd edilir. Lakin digər məlumata görə, onun həmin il Gəncədə anadan olduğu yazılıb. Məmmədov 1941-ci ildə İkinci Dünya müharibəsində Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Bu döyüşdən sonra o, 1941-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb və bu adı qazanan ilk azərbaycanlı olub.

İsrafil Məmmədov iştirak etdiyi sonuncu döyüşdə boğazından güllə yarası alıb. O, yarasının ağırlaşması səbəbindən 1 may 1946-cı ildə vəfat edib. İsrafil Məmmədov Xan bağında dəfn edilib və burada onun büstü qoyulub.

Mənbələr:

  1. http://www.anl.az/down/meqale/hurriyyet/2019/yanvar/631035.htm
  2. https://www.youtube.com/watch?v=Yp5mwhqf2LY
  3. https://www.youtube.com/watch?v=njxS2laaYVA
  4. https://azertag.az/xeber/Ilk_azerbaycanli_Sovet_Ittifaqi_Qehremani___Israfil_Memmedov-1777791
  5. https://museum.az/az/museum/22
  6. https://www.youtube.com/watch?v=zopZeFVr5Z0&t=135s
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan