11.9 C
Gence
11.9 C
Gence

İlaxır çərşənbəniz mübarək olsun!

Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə tanınır.

Türk mifologiyasına görə, bu dövrdə yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır. Əkinçilər əkin-biçinə başlayır, yer şumlanır, toxum səpilir. Həmin gün axşam tonqallar qalanar, hamı od ətrafında yığışar.

İlin Axır çərşənbəsi Gəncədə xüsusi təntənə ilə qeyd olunardı: belə düşünürdülər ki, İlaxır çərşənbənin ovqatı bütövlüklə gələcəyə sirayət edir. Hər yanda ləziz xörəklər hazırlanar, süfrə açılardı. İlin axırıncı çərşənbəsi axşamı “Dan atmaq”, yəni gecəni oyaq keçirmək ayini də icra olunardı. Kimi fal açar, kimi qapıları pusaraq, dan sökülənə kimi yatmazdı. Dan ulduzunun çıxmağını birinci kim görürdüsə, onun arzusunun həyata keçməsinə inanardılar.

Ən Çox Oxunan