19.7 C
Gence
19.7 C
Gence

Gəncə və gəncəlilər haqqında səslənən sözlər və şeirlər

“Biz hamımız – harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı – Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik”. – ümummilli lider Heydər Əliyev

 

Qoçaqlarla dolmuş idin sən yer-yer

Cavad xantək neçə yetişdirdin Ər, 

Sənsən mənim dilimdə əzbər…

Həsrətindən yandım, yandım, ah, Gəncə”. – yazıçı Həmid Dönməz

 

Salon gelir (tren) yan gelir, Genceli’ye şan verir,

Gence’nin civanları Bakü diye can verir”. – Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Gəncəm – Babilim mənim Harutu yandırmada,

Ən uzaq ulduzu da zöhrəm nurlandırmada.

Keçir öz ölkəmdə mənim hər günüm,

Qaçmaram, bağlıdır arxamla önüm”. – şair Nizami Gəncəvi

 

“Gəncə İslam dünyasının kafirlərlə həmsərhəd olduğu axırıncı şəhər idi…İslam dünyasında iki şəhər var ki, burada oğlanlar ananın bətnindən silahlı çıxırlar dünyaya. Bunlardan biri Gəncədi…”. – tarixçi Ziya Bünyadov

 

Gəncə, bilirsiniz ki, Azərbaycançılığın Vətənidir.

Azərbaycançılıq Gəncədən başlayıb”. – Xalq şairi Nəriman Həsənzadə

 

Tarixdə var adın, Gəncəm, a Gəncəm.

İldən-ilə sən boy atdın, a Gəncəm, 

Qarşısında əyməmisən başını,

Ömür boyu heç bir yadın, a Gəncəm!”.- şair Rəsul Rza

 

Məndən inciməsin anamız Bakı,

Şeirimin Məkkəsi yalnız Gəncədir”. –  şair Tofiq Bayram

 

Cənnətdən də bil ki, yaxşıdır Gəncə!

Güllərinin rəngi behiştdən dadlıdır, Gəncə!

Ey qayğılar görüb, günlər keçirən,

Haqqında dastanlar yazıla, Gəncə!”. – şair Əhməd Cavad

 

“Gəncə Arranın qədim istehkam şəhəridir. Müsəlman aləminin sonuncu keşik məntəqəsi sayılır…”. – XIII əsrin səyyahı Zəkəriyyə Qəzvini

Mənbələr: 

  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
  2. https://m.facebook.com/Ganca.Cavadxan/posts/1092812020789617/?refsrc=deprecated&_rdr
  3. https://heydaraliyev-centers.az/ganja/heydar-aliyev-ganja
  4. https://twitter.com/rtecanli/status/1040934470021472256?lang=cs
  5. https://www.facebook.com/groups/1618722258206078/posts/4416049101806699/?comment_id=4427686643976278
  6. https://www.facebook.com/GancaPost/videos/1347844108646722/
  7. https://nizamiganjavi.az/quotes/
  8. https://ru-ru.facebook.com/GancaPost/videos/g%C9%99nc%C9%99-v%C9%99-g%C9%99nc%C9%99lil%C9%99r-haqq%C4%B1nda/1256731047758029/
  9. https://www.ganca.org/index.php?option=com_content&view=article&id=340:hmd-cavad&catid=46:sndli-filmlr&Itemid=11
  10. https://azerhistory.com/?p=36658

Ən Çox Oxunan