19.1 C
Gence
19.1 C
Gence

Gəncə terrorunun ikinci ildönümüdür

44 günluk Vətən müharibəsi zamanı – 11 oktyabr 2020-ci il gecə saat 02:00-da Gəncə şəhəri yenidən Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuşdur.

Ermənistan ordusu şəhərin “Qələbə parkı”nın ətrafında yerləşən çoxmənzilli yaşayış binalarını “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə atəşə tutmuşdur. Bunun nəticəsində 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif obyektlərə ziyan dəymişdir.

Həmin gün 5-i qadın olmaqla 10 nəfər həlak olmuşdur. Ümumi 6-sı uşaq, 16-sı qadın olmaqla 30-dan çox adam yaralanmışdır.

Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terrorlar nəticəsində 26 nəfər həlak olub, 170-dən çox şəxs yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Mənbələr:

  1. https://sputnik.az/20211011/gencenin-ballistik-raket-hucumuna-meruz-qalmasindan-bir-il-otur–434076954.html
  2. https://ona.az/az/tehlil/genceye-raket-hucumu-dunya-ermeni-terroru-qarsisinda-susur-tehli%CC%87l-24494
  3. https://teleqraf.com/news/toplum/265500.html

Ən Çox Oxunan