26.4 C
Gence
26.4 C
Gence

Gəncənin yaranmasına dair əfsanələr

1) Gəncənin yaranmasına dair bir neçə əfsanə var. Onların birində deyilir ki, ərəb valisi Mazyad Arrandan (İndiki Bərdə, Beylaqan, Gəncə və Şəmkir şəhərləri olan ərazi) karvanla keçirdi. Gecə ​​Mazyad burada, üç təpənin yanında çadır qurur. Çətin səyahətdən sonra çadırda yatıb, maraqlı bir yuxu görür.

O yuxuda açıq sahənin ortasında dayandığını və kiminsə onunla danışdığını görür. Bu  sadəcə bir səs idi. Yuxudaki səs ona bir sirr açır. Səs deyir ki, Mazyadın yatdığı üç təpədən birində xəzinə basdırılıb.

Səs ərəbə əmr edir: “Atına minib, onu təpələrə apar. Atın dayandığı və dırnağını yerə döyəcəyi təpədə, qazmağa başla və xəzinə tapacaqsan. Orada yeni şəhər qur və adını Gəncə (yəni “xəzinə”) qoy”. Bu sözlərdən sonra Mazyad oyanır. Atını yəhərləyib, təpələrə aparır. At təpələrin birində dayanır və dırnaqları ilə yerə döyür. Bu Mazyadı təəcübləndirir və o, atdan düşüb, həmin yeri qazmağa başlayır. Təpənin altında həqiqətən də xəzinə – qızıl və qiymətli daşlarla doldurulmuş qazanlar tapır.

Mazyad yuxudakı səsin ona əmr etdiyi hər şeyi edir. Orada şəhər salır və adını Gəncə qoyur. Gəncə şəhəri də belə yaranır.

***

2) Başqa əfsanəyə görə, bir gün şah gəzməyə çıxıbmış. Gəlib bir düzə çatır. Baxır ki, bu düzdə hər güldən, hər çiçəkdən var. Bu düzdən də bir çay keçir. Düzün yuxarısında meşəlik, qarlı dağlar var, buranın təmiz havası adama bir yüngüllük gətirir. Şah orada qoyun otaran çobandan soruşur:

– Buranın təkcə yazı mı belə olur?

Çoban deyir:

-Buranın yayı, payızı yazından da gözəl olur.

Şah:

– Bura get-gəllidirmi?

Çoban cavab verir ki, uzağın karvanları buradan keçib gedir. Tacirlər, səyyarlar qış da burada dincəlirlər. Şah deyir:

– Burada şəhər salmaq istəyirəm.

Çoban da fəxrlə deyir:

– Bura gencə yerdir. Yəni demək istəyir ki, bura çox geniş yerdir.

Şah orada şəhər saldırır, adını Gencə qoyur, “Gencə” də yavaş-yavaş “Gəncə” yə çevrilir.

 

Mənbələr:

  1. Azərbaycan Folkloru Antologiyası. IX. Gəncəbasar folkloru.
  2. AZƏRBAYCAN TÜRKLƏRİNİN XALQ ƏFSANƏLƏRİ. Bakı – “Azərnəşr” – 2009
  3. http://gim.az/turizm_ru/173-gyandzha-gorod-sokrovisch.html

Ən Çox Oxunan