24.8 C
Gence
24.8 C
Gence

Gəncənin Xristian İrsi: Aleksandr Nevski Kilsəsi

İlk rus məskunlaşmaları Azərbaycanda XIX əsrin 30-50-ci illərində başlamışdır. 1897-ci ildə Rusiya İmperiyasında keçirilmiş Əhalinin Birinci Ümumi siyahıyaalınmasına əsasən Gəncə şəhərində 3 minə yaxın rus yaşayırdı.

Ruslar ibadət etmək üçün kilsələr inşa edirdilər və bu xristian dini abidələrindən biridə Gəncə şəhərinin Nizami rayonunda, Hacı Əli Hüseynzadə küç. 2 ünvanında yerləşən Aleksandr Nevski kilsəsidir.

Kilsə 1887-ci ildə sentyabrın 12-də köhnə qəbiristanlığın yerində inşa edilib. Bu, Azərbaycanın ən qədim pravoslav kilsələrdən biri hesab edilir. Məbəd pravoslavların və müsəlmanların xeyriyyə məqsədi ilə topladıqları vəsait hesabına tikilmişdir.

Kilsə qırmızı kərpicdən inşa edilmişdir. Kilsənin içərisində müxtəlif qədimi ikonlar qalıb. Bunların arasında Alexandr Nevski və müqəddəs Məryəmin də ikonları var.

1918-ci ildən əvvəl bu pravoslav kilsə “Böyük Kilsə” statusuna sahib idi. Sonra isə 1920-ci illərdə kilsənin fəaliyyəti Sovet hakimiyyəti tərəfindən qadağan olunub. 1935-1938-ci illərdə kilsənin binası muzey kimi, biraz sonra isə anbar kimi istifadə edilmişdir. 1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Bina hazırda da kilsə kimi istifadə olunur.

2017-ci ildə, 130 illiyi münasibəti ilə Aleksandr Nevski kilsəsi təmir olunub.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. “Cəmiyyət və Din” qəzeti (№352, Fevral 2021)
  2. Георгий Заплетин, Гюльнара Ширин-заде (2008). Русские в истории Азербайджана. Ганун.
  3. http://www.demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?re

Ən Çox Oxunan