21.4 C
Gence
21.4 C
Gence

Gəncənin qədim Əttarlar məhəlləsi

Gəncənin qədim Əttarlar məhəlləsi indi bu küçələrin müxtəlif hissələrini əhatə edirdi: Cavad xan küçəsi (keçmiş Sabir küçəsi), Əttarlar küçəsi, Həsən Əliyev küçəsi, Mirəli Qaşqay, Həsənəli Qardaşları.

Bəziləri səhvən Əttarlar məhəlləsinin adını ət satanlar ilə bağlayıllar. Lakin Gəncədə ət satanlar ilə bağlı Qəssablar məhəlləsi mövcud olub.

Məhəllənin adı ərəb sözü “əttar”-dan əmələ gəlib. Əttar qədim zamandan müalicəvi bitkilərdən istifadə etməklə, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan, tibbi maddələr hazırlayan peşəkarlara deyirdilər. Həmçinin Əttar Gəncədə ətriyyat və ədviyyat satan tacirlərə deyirdilər. Bu tacirlərin evləri Əttarlar məhəlləsində yerləşirdi.

XX əsrdə bu məhəllədə “Şeytan bazar” yaxınlığında zəfəran, sarıkök, istiot, zirə və s. ədviyyat satan ticarət cərgələri hələ də qalıb.

Əttarlar məhəlləsinə xalq arasında “Çayqıraqlılar” da deyirdilər. Buna səbəb, gülab çəkəndə və ya çiçəkdən müalicəvi maddə hazırlayanda, lazım olan soyuq suyu Gəncəçaydan götürüblər. Ətir, dərman və müalicəvi maddələrdən başqa, əttarlar kosmetik vasitələrdə istehsal edirdilər.

Əttarlar məhəlləsində 1804-ci ildə 40 ev olub və 151 nəfər yaşamışdır. 1916-cı ildə burada 846 ailə yaşayırdı. Bu məhəllə yalnız əttarları ilə tanınmayıb. Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi xadimi, həkim Həsən bəy Ağayev bu məhəllədə anadan olub və bir müddət burada yaşayıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998
  2. https://www.youtube.com/watch?v=AzR7cqTMaPU

Ən Çox Oxunan