22.5 C
Gence
22.5 C
Gence

Gəncənin qədim Tün bazarı

Qədim Tün bazarı Gəncədə Şah Abbas meydanının şərq hissəsində, Uğurlu bəy karvansarayına paralel istiqamətdə, indiki “Gəncə Hotel”in yerində yerləşib. Bu bazar XVII əsrdə inşa edilmişdir.

Fərrux Əhmədovun “Gəncənin tarixi yaddaşı” kitabında bazarın adı – “tün” sözünün “örtülü” və “qaranlıq” mənasını verdiyini qeyd edilir. Tün bazarındakı pəncərələrdən düşən işıq kifayət etmədiyindən, bura qaranlıq olurdu. Bu səbəbdən, bazar belə adlanırdı. Həmçinin Tün bazarına “qaranlıq cərqələr” deyilirdi.

Tün bazarını İranın Ərdəbil şəhərində yerləşən “Qeysəriyyə” adlı örtülü bazara bənzədirdilər.

Bazar düzbucaqlı formaya malik idi. Bazarın üst hissəsi uzunsov qübbəli günbəzlərlə örtülmüşdür. Havalandırılması və buranın işıqlanması üçün günbəzlərin yan tərəflərində kiçik pəncərələr qoyulmuşdur. Lakin bazar qaranlıq olduğundan, tacirlər içəridə çıraqların işığı ilə alver etmişdilər.

Burada Hindistandan gətirilmiş müxtəlif rəngli şallar, İrandan gətrilmiş tafta (adətən ipəklə toxunan parlaq parça), darayı (qırmızı-bənövşəyi rəngli nazik, ipək parça), ikiqat atlas, divan örtükləri və yastıqlar, çadra üçün nazik üz örtüyü, xına və Gəncə xalıları satılırdı.

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  2. Gəncə şəhərinin rus işğalına qədərki memarlığı.
  3. https://www.youtube.com/watch?v=Wyv-Z-QqhOY
  4. Foto: Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

Ən Çox Oxunan