13.6 C
Gence
13.5 C
Ganja

Gəncənin hörmətli sakininin qəbri üzərində inşa edilən Mürsəl ocağı

Mürsəl ocağı Gəncə şəhərinin Əttarlar məhəlləsində, şəhərin mərkəzi bazarının yanında yerləşir. Ziyarətgah XVII əsrdə inşa olunub.

Türbə vaxtı ilə Gəncə sakini, hörmətli şəxslərdən olan Seyid Mürsəl ağanın məzarı üstündə inşa edilmişdir. Abidə Əttarlar məhəlləsindəki eyniadlı köhnə qəbiristanlıqda tikilmişdir. 1950-ci ilin sonlarında bu məzarlığın yerində bazar salınmışdır. Bu türbə Hacı Mirbağır Ağa türbəsi kimi, ərazidə bir zamanlar qəbiristanlığın olduğunun sübutudur.

Abidə Gəncəyə xas olan qırmızı kərpicdən inşa edilib. Türbə bir günbəz və bir otaqdan ibarətdir. Hazırda Əttarlar məhəlləsinin sakinləri öz dini ayinlərini yerinə yetirmək üçün bu ocaqdan istifadə edirlər.

Ziyarətgah yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Mənbələr:

  1. Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004.
  2. Allahverdiyev N. Gəncə məhəllələri. Bakı-2020.
  3. https://www.youtube.com/watch?v=AzR7cqTMaPU
  4. https://az.trend.az/azerbaijan/culture/2470353.html
  5. https://525.az/news/147744-gencenin-meshur-kolxoz-bazari-berpa-olunur
  6. https://e-qanun.az/framework/2847

Ən Çox Oxunan