25.8 C
Gence
25.8 C
Gence

Gəncənin gerbi: xan nəsilinin simvollarını əks etdirən rəmz

Gəncə şəhərinin gerbi 2004-cü ildə yaradılıb. Gerb Gəncə xanlığının son hökmdarı Cavad xan Ziyadoğlunun hakimiyyəti dövründə (1786–1804) olan bayrağın simvolları əsasında bərpa olunub.

Gəncə xanlığının bayrağında əks olunan rəmzlər, xanın mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi. Cavad xanın 1804-cü ildə rusların Gəncə xanlığını işğal edəndən sonra öldürülməsi, Ziyadoğlu sülaləsinin hakimiyyətinə son qoyulmuşdur. Onların rəsmi simvolları isə sıradan çıxarılmışdır.

Gəncə Şəhər İcra Hakimiyyəti 2 dekabr 2003-cü ildə gerbin yaradılması haqqında müsabiqə elan etmişdir. Müsabiqədə 87 layihə təqdim olunmuşdur. Onların arasından Gəncə xanlığının bayrağında həkk olunan rəmz seçilərək, Gəncənin gerbi qəbul olunmuşdur. Gerbin müəllifi Şaiq Məmmədovdur.

27 avqust 2016-cı ildə Gəncə şəhərinin gerbi yeni üslubda bərpa edilərək, nümayiş olunmuşdur. Gerb dizayner Ceyhun Kərimov tərəfindən hazırlanmışdır.

Gerbdə yaşıl fon üzərində günəş, ay, səkkiz güşəli ulduz, palıd yarpağı və tərəzi təsvirləri həkk edilib. Bu təsvirlərin mənaları:

Günəş – əbədi həyat simvoludur.

Ay əbədi işıq, paklıq, təmizlik rəmzi.

Səkkizguşəli ulduz – İslam dini etiqadına görə Cənnətin səkkiz qapısına, buda Gəncənin Cənnət-məkan olmasına işarədir.

Palıd yarpağı – möhtəşəmlik, uzun ömür və müdriklik rəmzidir.

Tərəzi – Bərabərlik və ədalət simvoludur.

Yaşıl rəng – İslam dininin rəmzidir.

Açıq mənbələrdən foto
Açıq mənbələrdən foto

Mənbələr:

  1. https://www.ens.az/az/gence-seherinin-gerbi
  2. https://news.milli.az/society/164260.html
  3. Dədə Kəpəz. Elmi-publisistik əbədi-bədii toplu (I bölüm). AGAH-2004.

Ən Çox Oxunan