24.8 C
Gence
24.8 C
Gence

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından bir il keçir

İkinci Qarabağ müharibəsi zamanı, 17 oktyabr 2020-ci ildə, gecə saat 01:00 radələrində, Gəncə şəhəri beşinci dəfə Ermənistan ordusu tərəfindən raket atəşinə məruz qalmışdır.

Erməni silahlı qüvvələri tərəfindən Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə “Skad-B” raketləri atılmışdır. Hadisə zamanı 20-dən çox ev dağılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına əsasən, 17 oktyabr 2020-ci ildə hücum nəticəsində 15 nəfər həlak olmuş, 45-dən çox adam yaralanmışdır. Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket və ağır artilleriya atəşinə məruz qalmışdır. Bu hücumlar nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan