10.3 C
Gence
10.3 C
Gence

Gəncənin şah damarı: Cavad xan küçəsi

Cavad xan küçəsi Gəncənin mərkəzində yerləşir. Bu küçə şəhərin ən uzun və ilk salınan küçələrindən biri hesab edilir. Küçə Gəncənin sonuncu xanı Cavad xanın adını daşıyır. Buraya, həmçinin Gəncənin şah damarı deyirlər.

Küçənin ilk adı Yelizavetpol olub. Sovet dövründə isə küçə şair Mirzə Ələkbər Sabirin şərəfinə Sabir küçəsi adlandırılıb.

Bu küçədə bir çox qədim tikililər yerləşir. Onların əksəriyyəti qırmızı kərpicdən hörülən ikimərtəbəli binalardır. Binaların birinci mərtəbəsi, əsasən, ticarət üçün ayrılırdı, yuxarı mərtəbələrdə isə yaşayış mənzilləri yerləşirdi. Buradakı yaşayış mənzillərinin və digər evlərin girişi dalanlardan idi. Həmçinin küçədə bir çox xarici firmalar, mağazalar və mehmanxanalar fəaliyyət göstərərdi.

Bu küçədə əvvəllər Quberniya Bankı, Pitoyev bankir evi, Usubbəyovun kredit bankı kimi binalar yerləşib. XIX əsrin sonlarından bank kimi tikilən binadan, hal-hazırda da bank kimi istifadə edilir.

Həmçinin burada çoxlu sayda mağazalar və idarələr fəaliyyət göstərib. Onların sırasında “Rəfiyev qardaşlarının” ticarət evi, Babayev qardaşlarının “Qara” və Sukyasov qardaşlarının qastronom mağazası, İosif Samuilovic Rudnikin kauçuk mağazası, Hacı Həsənovun mətbəəsi və dəftərxana malları mağazası, Zinger qardaşlarının emalatxanası, “Zarya” sinematoqrafı və s. binalar var.

Cavad xan küçəsində Şeyxzamanovlar nəslinin, Azərbaycan Xalq Cümhuriyyəti qurucularından biri olan Xasməmmədov qardaşlarının yaşadıqları evlər və Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin nəşr olunduğu mətbəənin binası yerləşir.

Cavad xan küçəsini çoxları Bakının “Nizami” (Torqovı) küçəsinə bənzədir. Lakin bu küçə “Tarqovı”dan fərqli olaraq düz deyil və dönmələri var.

Bu küçədə xalçaçılıq, rəssamlıq dərnəkləri fəaliyyət göstərir.

Küçədə ən böyük bərpa işləri 2011-2012-ci illərdə aparılıb.

Mənbələr:

  1. https://www.yenigence.com/q%C9%99dim-g%C9%99nc%C9%99y%C9%99-s%C9%99yah%C9%99t-cavad-xan-kuc%C9%99si-2/
  2. https://www.youtube.com/watch?v=lEb8F5dDOr4
  3. https://azertag.az/ru/xeber/Gyandzha_oplot_istorii_i_turisticheskii_centr-981718

Ən Çox Oxunan